"Təcili tibbi yardım tibbi xidmətin yeganə növüdür ki, o hamıya, hər kəsə hər an hər zaman lazım ola bilər..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında qeyd edən tanınmış tibb işçisi Faiq Məmmədli olduqca ilginc faktları ictimailəşdirib.
F.Məmmədli bildirir: "Bakıda təcili tibbi yardım briqadalarının sayı rəsmi məlumata görə 140, digər bölgələrdə isə 270-dir. Həkim çatışmazlığı səbəbindən bu briqadaların heç də hamısı həkimlərlə təmin edilməyb, xüsusilə kənd rayonlarında
2025-ci ilin axırlarında Maliyyə nazirliyi tərəfindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində (RTTTYM) yoxlamalar aparılıb.
Yoxlamalar RTTTYM -də çox ciddi qanun pozuntuları və korrupsiya mexanizmlərini üzə çıxarıb, eyni zamanda dövlət vəsaitlərinin idarə olunması və maliyyə intizamı pozuntuları aşkar edib.
Sonra deyirsiniz təcili tibbi yardım gec gəlir,ya heç gəlmir, gələndə də zəruri dərmanları yoxdu və s.
İndi baxın və nəticə çıxarın.
Əməkhaqqı və ödənişdəki nöqsanlar,"ölü canlar"ən böyük maliyyə kəsiri yaradıb."Ölü canlar"faktiki olaraq işə gəlməyən və ya mövcud olmayan şəxslərin adına əməkhaqqı yazılmasıdır.İşə gəlməyən sənəd üzərində sürücü, sanitar və ya köməkçi heyət kimi şəxslərin adına bank kartı açılmış və əməkhaqqı mənimsənilmişdir.
Təcili tibbi yardım maşınlarının getmədiyi məsafə yol vərəqələrində şişirdilmiş, beləliklə minlərlə litr yanacaq sənəd üzərində "yandırılıraraq"nagdlaşdırılmışdır.
Ambulansların təmiri üçün ayrılan vəsaitin, eləcə də ehtiyat hissələrin alınması prosesi bazar qiymətindən dəfələrlə artıq göstərilib
Xəstələrə istifadə olunmayan bahalı preparatlar və tibbi ləvazimatların "istifadə aktları"saxtakarlıq uçotdan silinmişdir Mövcud olan işçilərə kağız üzərində normadan artıq (gecə növbələri, əlavə növbələr )yazılaraq büdcə vəsaiti şişirdilmişdir
Bakı stansiyasında işçilərin maaşları şüurlu surətdə təhrif edilmişdir.
Bonusların tibb işçilərinə tam ödənilmədiyi, sənədlərdə isə ödənilmiş kimi göstərildiyi aşkar edilib.
Bəzi hallarda dərmanlar və tibbi ləvazimatlar "itkin düşmüş"dür
Ölü canlar və korrupsiya faktları vətəndaşın aldığı tty -ın keyfiyyəti və "təcili"olmasına birbaşa mənfi təsir göstərir., mövcud personal ikiqat yüklə işlədiyindən diaqnostik səhvlər buraxır və s.və ilaxır...
Yoxlamalar zamanı aşkar edilmişdir ki, bəzi çağırışlar qeydiyyatdan keçsə də, faktiki olaraq briqada həmin ünvana getməmiş, bununla da dərman, yanacaq silinmişdir.
Bütün bunlar Maliyyə nazirliyi yoxlamaları hesabatında israf etmə və mənimsəmə kimi göstərilmişdir.
Mənimsəmələrin vəsait miqdarı "külli miqdar"kateqoriyasına daxil olduğu üçün materiallar Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə göndərilmişdir.
Artıq TƏBİB -in sabiq direktoru Vüqar Qurbanov olsa da, RTTTYM -in indi də işləyən direktoru Mirələm Calalovdur.
Onun adı Ərəbcə olsa da, beynəlxalq konfranslarda ingiliscə çıxış etsə də, hələ də korrupsiya çarxını azərbaycanca fırladır.
Sonra da deyirlər ki,"skoro"gəlmədi, ya da gec gəldi......!??!"
Bakunews.tv