Siyasət
316
15-08-2022, 13:23

Sakin: "Zabuxda köklü şəkildə məskunlaşmış bir nəfər də erməni olmayıb"

Laçın rayonunun digər kəndlərində olduğu kimi, Zabuxda da keçmişdən köklü şəkildə məskunlaşmış bir nəfər də erməni olmayıb.

bakunews.tv report-a istinadən xəbər verir ki, bunu Laçın rayonunun Zabux kəndinin sakini Məhər Quliyev bildirib.

Onun sözlərinə görə, ermənilərin Azərbaycan ərazilərinə qarşı olan iddiaları yersizdir: "Tezliklə dogma yurdlarımıza qayıdacağıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığımı ifadə edib Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm".



bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər