Şou-biznes
375
29-08-2022, 21:16

“Kristal” qrupunun rəhbəri məşhur aktyorun qızı imiş

“Kristal” qrupunun rəhbəri Mədinə Məlik tanınmış aktyor Şamil Süleymanlının qızı imiş.

bakunews.tv oxu.az-a istinadən xəbər verir ki, M.Məlik sosial şəbəkədə Milli Kino Günü ilə əlaqədar atasını təbrik edib.

“Atam, səni və sənin simanda bütün aktyorlarımızı təbrik edirəm. Allah səni mənə çox görməsin”,-deyə Mədinə Məlik yazıb.

Qeyd edək ki, Ş.Süleymanlı “Bəyin oğurlanması”, “Baladadaşın ilk məhəbbəti”, “Tütək səsi”, “Mahmud və Məryəm” və sair filmlərdə yaddaqalan obrazlar yaradıb.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər