Təhsil
1
Bu gün, 21:02

Sumqayıt Musiqi Kollecinə yeni direktor müavini təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əmrinə əsasən kollec və orta ixtisas təhsili müəssisələrində yeni təyinatlar olub.

Sumqayit.tv xəbər verir ki, əmrlə Aysel Səfixanova Sumqayıt Musiqi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Məlumata görə, Aysel Səfixanova bakalavr təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində instrumental ifaçılıq ixtisası üzrə alıb, magistratura təhsilini isə Azərbaycan Milli Konservatoriyasında fərqlənmə ilə başa vurub. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində menecment ixtisası üzrə ikinci ali təhsil alır.

O, əmək fəaliyyətinə 2015-ci ildə başlayıb, müxtəlif vəzifələrdə çalışıb. 2023–2025-ci illərdə Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyət göstərib, son təyinata qədər isə həmin ali təhsil müəssisəsində rektorun köməkçisi vəzifəsində işləyib.

Qeyd edək ki, eyni əmrlə Şamama Əmirova da digər təhsil müəssisəsinə direktor müavini təyin olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər