Araşdırma
29
Bu gün, 16:37

Abşeronda keçmiş bələdiyyə sədri saxlanıldı - O nədə ittiham olunur?


Abşeron rayonu Masazır bələdiyyəsinin keçmiş sədri Firdovsi Cəlalov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bakupost.az xəbər verir ki, keçmiş bələdiyyə sədri bir sıra qanun pozuntularında, xüsusilə də sənəd saxtalaşdırılmasında təqsirli bilinir.

Məlumata görə, Cəlalovla yanaşı, həmin dövrdə bələdiyyədə hüquqşünas vəzifəsində çalışmış şəxs də saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparıldığı bildirilir.
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər