Serhed.Az xəbər verir ki, Binəqədi rayonunda yerləşən 115 nömrəli tam orta məktəblə bağlı Tribuna.az-da diqqətçəkən məlumat dərc olunub.
Tribuna.az-ın məlumatına görə, məktəbdə müəllimlər arasında qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı mübahisə yaranıb.
Məlumata əsasən, qızıl alqı-satqısının məktəbin müəllimlərindən biri tərəfindən həyata keçirildiyi, digər müəllimlərin isə bu alış-verişdə müştəri kimi iştirak etdiyi iddia olunur.
Yazıda məktəbin informatika müəllimi Sevinc adlı şəxsin təxminən 50 min manat dəyərində qızıl-zinət əşyası aldığı, lakin ödənişlə bağlı tərəflər arasında problem yarandığı bildirilir.
Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edildiyi və tərəflər arasında yaranmış mübahisənin hüquqi müstəviyə keçdiyi qeyd olunur.
Tribuna.az-ın yazısında, həmçinin Sevinc adlı müəllim barəsində daha əvvəl Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə bağlı araşdırma aparıldığı və onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçildiyi barədə məlumat yer alıb.
Məqalədə icra və probasiya qurumlarının fəaliyyəti ilə bağlı da müxtəlif iddialar səsləndirilib.
Serhed.Az bildirir ki, sözügedən məlumatlar Tribuna.az-ın yaydığı materiala istinadən təqdim olunur. Yazıda qeyd edilən iddiaların hər biri ayrıca rəsmi şəkildə təsdiqlənməyib.
Məsələ ilə bağlı aidiyyəti qurumların və adıçəkilən şəxslərin mövqeyi açıqlanacağı təqdirdə, həmin açıqlamalar da yayımlanacaq.
Bakunews.tv