Arzuxan Əlizadənin Milli Məclisdə etmədiyi çıxışı: Əhməd necə oğlandı? - AKTUAL
“Mən bu gün ölkədəki mütəşəkkil cinayətkarlıqdan danışmaq istəyirəm. Bütün həmkarlarımın diqqətini ötən həftə oğlumun iştirakı ilə baş verən və ölkə gündəmini zəbt edən cinayət hadisəsinə yönəltmək istəyirəm.
Bilirsiniz ki, ötən həftə Xətai rayonundakı restoranların birində oğlum Əhməd Əlizadənin — cinayətkar qruplaşmanın «Yeraz Əhməd» adlandırdığı şəxsin — iştirakı ilə qətl hadisəsi baş verib. Özlərini «oğru dünyası»nın adamları hesab edən 10-15 nəfər «sxodka»ya, «razborka»ya yığışaraq bir nəfərin həyatına son qoyublar. Yayılan görüntülərdən aydın olur ki, ona bir neçə bıçaq zərbəsi vurduqdan sonra köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıblar. Bəlkə də vaxtında ilkin tibbi yardım göstərilsəydi, onun həyatını xilas etmək mümkün olardı. Amma onlar yerdə can verən bir insana qarşı elə davranıblar ki, bu rəftarı heyvana qarşı belə məqbul hesab etmək olmaz.
Məni ən çox təəssüfləndirən məqamlardan biri də budur ki, iddialara görə, bu görüşün, yaxud qarşıdurmanın təşkilatçısı mənim oğlum olub. Atası qanunverici orqanda təmsil olunan, millət vəkilinin oğlu qanunları saya salmır, cəmiyyətimiz və dövlətimiz üçün təhlükə yaradan kriminal ünsürlərlə bir araya gələrək problemlərini özlərinin müəyyən etdiyi qaydalarla həll etməyə çalışır.
Mən bu hadisəyə görə çox təəssüflənirəm. Bir millət vəkili olaraq həmkarlarımdan və seçicilərimdən üzr istəyirəm. Çünki hazırlanmasında və qəbulunda birbaşa iştirak etdiyim qanunlara öz oğlum əməl etmir. Bu, həm də mənim məsuliyyətimdir. Deməli, bir valideyn olaraq ona düzgün tərbiyə verə bilməmişəm, cəmiyyətə və qanunlara hörmət etməyi öyrədə bilməmişəm. Onu dövlət və cəmiyyət üçün faydalı bir övlad kimi yetişdirə bilməmişəm. Bunun məsuliyyəti ilk növbədə mənim üzərimə düşür.
Amma məsələ təkcə bir ailənin məsuliyyəti ilə bitmir. Burada hüquq-mühafizə orqanlarının məsuliyyəti ilə bağlı müəyyən suallar meydana gəlir. Bu şəxslər necə yenidən ortaya çıxdılar? Axı biz onların kökünü kəsdiyimizi düşünürdük. Azərbaycanda özünü «lotu», kriminal aləmin nüfuzlu nümayəndəsi hesab edən şəxslərin cəmiyyətdə meydan sulamasına yer qalmamalı idi. Bəs nə baş verdi ki, onlar yağışdan sonra çıxan göbələklər kimi yenidən çoxaldılar? Harada səhv etdik, hansı boşluqları buraxdıq ki, özündən zəifə zülm edən, insanların əziyyətlə qazandıqlarına şərik çıxan, onları hədə-qorxu ilə xərac verməyə məcbur edən cinayətkarlar yenidən fəallaşdılar?
Polis, prokurorluq, məhkəmə və Dövlət Təhlükəsizliyi Xidməti bu proseslərin qarşısını almaq üçün hansı tədbirləri görür? Bizim qəbul etdiyimiz qanunlar niyə bu şəxslərin qarşısını almağa kifayət etmir? Niyə bəzi insanlar hələ də özlərini qanundan üstün hesab edir, problemlərini dövlətin hüquq sistemi ilə deyil, kriminal aləmin qaydaları ilə həll etməyə çalışırlar?
Mən hüquq-mühafizə orqanlarından tələb edirəm ki, ölkədəki kriminogen vəziyyətə daha ciddi nəzarət etsinlər. Özünü kriminal aləmin nümayəndəsi hesab edən, insanlara təzyiq göstərən, zorakılığa əl atan şəxslərin qanunsuz fəaliyyətinin qarşısı qətiyyətlə alınmalıdır. Əks halda, bu təhlükəli meyillər alaq otu kimi yayılacaq, cəmiyyətdə qorxu və cəzasızlıq mühiti formalaşdıracaq”.
Əslində, millət vəkili Arzuxan Əlizadə də oğlu ilə bağlı səsləndirilən iddialara «Əhməd elə oğlan deyil» deyərək cavab verməkdənsə, məhz belə bir mövqe ortaya qoymalı idi. O zaman həm millət vəkili mandatının məsuliyyətini dərk etdiyini, həm də qanunun aliliyinə münasibətini nümayiş etdirmiş olardı.
Mən Əhmədin necə oğlan olduğunu şəxsən bilmirəm. Onun xarakteri, davranışları və gündəlik həyatı barədə qəti mühakimə yürütmək fikrində də deyiləm. Bəlkə də Əmhəd doğrudan da elə oğlan deyil. Bəlkə də Əhməd yaxşı oğlandı, cəmiyyət, dövlət üşün yaxşı bir əməlləri var, xəbərimiz yoxdu. Əgər belə bir fakt varsa atası açıqlasın, cəmiyyət də xəbərdar olsun. Amma ortada araşdırılmalı ciddi iddialar, yayılan görüntülər və ictimaiyyətin cavab gözlədiyi suallar var. Görüntülərdə «Yeraz Əhməd» kimi tanınan şəxsin bir neçə nəfərlə birlikdə «Sabunçu Ceyhun» adı ilə tanınan şəxsə hücum etdiyi, onun bıçaqlanması ilə nəticələnən hadisədə iştirak etdiyi açıq-aydın ortadadır. “Bu “soxdka”dı, “razborka”dı nədirsə, onu da “Yeraz”ın təşkil etdiyi iddia olunur. İnanıram ki, istintaq hansı ailənin övladı olmasından asılı olmayaraq hadisənin bütün təfərrüatlarına hüquqi qiymət verəcək, qanun qarşısında hamının bərabər olduğunu sübut edəcək. Adi vətəndaş cinayət törətdikdə necə məsuliyyət daşıyırsa, millət vəkilinin övladı da eyni qaydada məsuliyyət daşımalıdır. Deputat ailəsinə mənsub olmaq heç kimə toxunulmazlıq imtiyazı verməməlidir.
Əgər bir millət vəkilinin övladı ağır cinayət hadisəsi ilə bağlı iddiaların mərkəzindədirsə, atasının vəzifəsi onu ictimaiyyət qarşısında sözlə müdafiə etmək deyil, məsələnin obyektiv araşdırılmasına və qanunun aliliyinin təmin olunmasına kömək etmək olmalıdır.. Bu, həm deputat mandatının, həm də cəmiyyət qarşısında daşıdığı məsuliyyətin tələbidir.
Çünki millət vəkili təkcə qanunların qəbulunda iştirak edən şəxs deyil. O, həm də həmin qanunların hamı üçün işlək olduğunu müdafiə etməlidir. Cəmiyyətin gözləntisi də budur: hadisə obyektiv araşdırılsın, iştirakçıların hər birinin əməli hüquqi qiymətini alsın və heç kimə xüsusi münasibət göstərilməsin. Çünki ədalət yalnız günahkarın cəzalandırılması deyil, həm də qanunun hamıya eyni tətbiq olunmasıdır.
Zülfüqar Xeyirxəbər - repost.az
Bakunews.tv