SON DƏQİQƏ
Bakunews.tv » Araşdırma » Salyanda hicaba görə məktəbi yandırmağa cəhd etdilər, həbs olunanlar var

Salyanda hicaba görə məktəbi yandırmağa cəhd etdilər, həbs olunanlar var

30.10.2026 16:50 3
Salyanda hicaba görə məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib.
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya “Molotov kokteyli” atılıb.

Polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq onlar həbs ediliblər.

Araşdırma davam etdirilir.

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?