SON DƏQİQƏ
Bakunews.tv » Siyasət » İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul etdi

İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul etdi

03.11.2026 11:32 3
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Keniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cona Mayna Mvangini qəbul edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Keniya Prezidenti Uillyam Samoei Rutonun ölkəmizə səfərini, həmçinin onunla Azərbaycanda və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini məmnunluqla xatırlayıb.

Ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu, digər istiqamətlər, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkan yaradır. Dövlət başçısı bütün sahələrdə ikitərəfli əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Səfir qəbula görə dövlət başçısına minnətdarlığını bildirib. O, son dövrlərdə əlaqələrimizin inkişaf etdiyini deyərək, hər iki dövlət başçısının əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı verdikləri tapşırıqlara uyğun olaraq səylərini əsirgəməyəcəyini vurğulayıb.

Cona Mayna Mvangi əməkdaşlığın genişləndirilməsi məsələsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəminə toxunub.

Görüşdə Azərbaycanla Keniya arasında bir çox sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?