SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Sibel Canın sevgilisi həbsxanada Ekrem İmamoğlunu ilə dava etdi

Sibel Canın sevgilisi həbsxanada Ekrem İmamoğlunu ilə dava etdi

03.11.2026 10:52 1
Türkiyənin Mərmərə qapalı həbsxanasında saxlanılan Emir Sarıgül ilə İstanbulun keçmiş bələdiyyə sədri Ekrem İmamoğlu arasında mübahisə yaşandığı iddia olunur. İddiaya görə, vəkillərlə görüş zamanı qarşılaşan iki şəxs arasında Özgür Özəl ətrafında yaranmış siyasi qalmaqalla bağlı sərt sözlər səsləndirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.

Məlumata görə, qanunsuz təşkilat yaratmaqda ittiham edilərək həbs olunan Emir Sarıgül vəkillə görüşü zamanı Ekrem İmamoğlu ilə qarşılaşıb. İddia edilir ki, İmamoğlu ona "Özgür Özəli satmısınız" deyə irad bildirib.

Sarıgülün isə bu sözlərə sərt reaksiya verərək "Danışma, fırıldaqçı! Hamınız fırıldaqçısınız" cavabını verdiyi və tərəflər arasında şifahi mübahisənin baş verdiyi bildirilir.

Qeyd edək ki, Emir Sarıgül İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində həbs edilib. İstintaq Mustafa Sarıgül və ailəsinin ölkə daxilində və xaricində yaratdığı şirkətlər vasitəsilə mənbəyi bəlli olmayan böyük məbləğdə vəsaitlərin leqallaşdırılması, habelə həmin pulların investisiya müqavilələrinə uyğun istifadə edilməməsi iddialarını əhatə edir.

Sarıgül istintaq zamanı verdiyi ifadəsində atası Mustafa Sarıgülün Yeni Partiyanın yaradılması prosesində Özgür Özələ müxtəlif məqsədlər üçün ümumilikdə 500 min dollar və ya avro məbləğində pul verdiyini iddia edib. Onun sözlərinə görə, vəsaitlərdən biri partiyanın baş qərargahının təchizatı, digəri isə partiya avtobusunun səs sistemi və daxili dizaynı üçün nəzərdə tutulub.

Qeyd edək ki, bir müddət əvvəl Emir Sarıgülün türkiyəli məşhur müğənni Sibel Canla sevgili olduğu və hətta evlənəcəklərinə dair xəbərlər yayılmışdı.

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?