SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Müctəba Xamenei: “Böyük Şeytan”a cavabımız genişmiqyaslı olacaq

Müctəba Xamenei: “Böyük Şeytan”a cavabımız genişmiqyaslı olacaq

04.11.2026 17:32 1
“İrana təcavüzü təkrarlanarsa, ABŞ-yə daha genişmiqyaslı cavab veriləcək”.

“Əgər hələ də Amerikaya güzəştlər etməklə onu İran xalqına qarşı düşmənçilikdən çəkindirməyin mümkün olduğunu düşünənlər varsa, ciddi yanılırlar. “Böyük Şeytan”ın (ABŞ-ni nəzərdə tutur - red.) arzusu İran xalqının qeyd-şərtsiz təslim olmasıdır. Hegemon düşmənə qarşı ən kiçik təslimiyyət meyli belə şəhidlərin qanı və xalqın fədakarlığı sayəsində əldə edilmiş böyük sərvəti məhv edəcək, təkəbbürlü düşməni isə daha çox tələb irəli sürməyə, gələcək müharibələrə və yeni təcavüzlərə əl atmağa daha da cəsarətləndirəcək”, - o bildirib.

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?