ABŞ-dən gələn xəbər Saakaşvilini sevindirdi – “Heç kim məni dayandıra bilməyəcək”
“ABŞ Konqresinə keçirilən seçkilərdə Demokratlar böyük üstünlüklə qalib gəldi və hər iki palatada üstünlük əldə etdi. Bu, Respublikaçılar üçün ağır məğlubiyyətdir. İlon Mask və digər superzəngin şəxslərin ayırdığı böyük maliyyə dəstəyi də onlara kömək etmədi”.
O hesab edir ki, seçkilərin nəticələri əsasən həyatın bahalaşması və sosial ədalətsizliklə bağlıdır, korrupsiya ilə bağlı narahatlıqlar və tamamilə fərqli səbəblər də nəticələrə təsir göstərib:
“Seçkilərin nəticələri rusları və şəxsən Putini çox məyus edib.
Əsas məsələ budur ki, xalq arasında güclü ruh yüksəkliyi və böyük dəyişiklik istəyi olduqda, bu, qarşısıalınmaz güclü axına, əsl təbii qüvvəyə çevrilir. Onu heç bir sədd dayandıra bilməz.
İvanişvili isə çoxlu sədlər qurub, bizi girov götürüb, çoxlarını pulla satın alıb, faktiki olaraq partiyaları və seçkiləri ləğv edib. Amma xalq arasında böyük dəyişiklik arzusu var və artıq dalğa formalaşıb. Hamı bir çoxlarının onsuz da gördüyü və hiss etdiyi həqiqəti etiraf etməli olacaq: bu qarşısıalınmaz dalğa “Gürcü Arzusu”nun ən çox qorxduğu şəxslərlə, mənimlə və silahdaşlarımla - Levan Xabeişvili, Zaza Bibilaşvili, Nanuka Jorjoliani, Ani Tsitlidze və bir çox gənclə, daha doğrusu, bizim təmsil etdiyimiz ideya ilə bağlıdır.
Bu, güclü Gürcüstan dövləti və səmərəli idarəçilik ideyasıdır. Heç bir barmaqlıq və sədd bizi dayandıra bilməz. Mən hansısa sövdələşmənin və mübadilənin predmeti olmaqdan imtina edirəm. Mən başqa ölkədə deyil, məhz burada, Gürcüstan ərazisində azad olacağam. Burada sərbəst hərəkət edə, xalqımla görüşə və birlikdə qələbə qazana biləcəyəm.
Biz real seçkilərə nail olacağıq, hakimiyyətin milyarderə deyil, xalqa məxsus olduğunu sübut edəcəyik və seçkilərdə qalib gələcəyik. Bir nəfərin ölkəsini yenidən bütün xalqın, hər bir vətəndaşın ölkəsinə çevirəcəyik. İnsanların yaxşı gəliri, həyat perspektivi, layiqli işi və təminatlı pensiyası olacaq, ölkəmizlə bağlı qürur hissi onlara qaytarılacaq. İnsanlar daxili və xarici təhdidlərdən, cinayətkarlıqdan və korrupsiyadan qorunacaqlar. Vətəndaşlar mühacirətdən geri qayıdacaqlar”.
Saakaşvili qeyd edib ki, Gürcüstan hökuməti vədlərinə baxmayaraq, ABŞ ilə münasibətləri normallaşdıra bilməyib:
“Uğursuz diktator və onun bacarıqsız xarici siyasətinə gəlincə, xatırlayırsınızmı, son seçkilər zamanı bizi ABŞ ilə münasibətləri tezliklə qaydaya salacağına inandırmağa çalışırdı? Amma Tramp administrasiyası ilə heç nəyi yoluna qoya bilmədi. Halbuki həmin administrasiya bütün siyasi məhbusların azad edilməsini və İranın qəddar dini diktaturasından uzaqlaşmağı tələb edir.
Eyni şəkildə, demokratlarla da münasibətləri qaydaya sala bilməyəcək. Demokratlar keçmiş illərdə ona sanksiyalar tətbiq ediblər və insan hüquqlarının, demokratiyanın vəziyyətinə xüsusilə həssas yanaşırlar.
Sonda isə heç kimə Trampı və Respublikaçıları silinmiş hesab etməyi tövsiyə etmirəm. Birincisi, Tramp bu seçkilərdən sonra da xarici siyasət üzərində tam nəzarətini saxlayır. İkincisi, iki ildən sonra keçiriləcək prezident seçkilərində Respublikaçıların güclü namizədi olacaq. Xüsusilə də Demokratların hələlik aydın şəkildə seçilən liderinin olmaması fonunda.
Respublikaçıların Ceyms Devid Vens kimi namizədi var. Dünənki seçkilərin nəticələrindən sonra Marko Rubionun mövqeləri və prezidentliyə namizəd göstərilmək şansı da güclənib”.
Bakunews.tv