Sumqayıt polisinin keçirdiyi əməliyyatla saxlanılan TikTokda "Miray" ləqəbi ilə tanınan Aysel Mustafayeva yenidən hakim qarşısına çıxarılıb. "Unikal"ın əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə xanım tiktokerlə bağlı qərar qəbul edilib.
Qərara əsasən, Aysel Mustafayevanın həbs müddəti daha 2 ay da uzadılıb.
Xatırladaq ki, bundan öncə xanım tiktokerin həbs müddəti 3 ay müddətinə uzadılmışdı.
Qeyd edək ki, "Miray" ləqəbi ilə tanınan Aysel Mustafayeva Tiktokda sosial şəbəkəsində söyüş və təhqir dolu yayınlar aparmaqda, eləcə də postlar paylaşmaqla tanınıb. O, postlarıda dəfələrlə hüquq mühafizə orqanlarını və ayrı-ayrı vətəndaşları təhqir edib.
Xanım tiktoker ötən ilin avqustunda Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılıb.
Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsi ilə ittiham irəli sürülüb.
Bakunews.tv