Dünya
127
Dünən, 18:07

Zelenski müharibənin hazırkı vəziyyətdə dondurulmasına hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin hazırkı vəziyyətdə dondurulmasına hazır olub-olmadığı barədə suala müsbət cavab verib.


Jurnalist Zelenskidən hazırkı vəziyyəti olduğu kimi donduran, müharibənin necə başlamasından asılı olmayaraq Ukraynanın ərazisinin 75 faizini və ya daha çoxunu qoruyub saxlamasına imkan verən sülh sazişini qəbul edib-etməyəcəyini soruşub.

Ukrayna lideri cavabında deyib: “Bəli. Əgər elə indi hər şeyi dondurmalı olsaq, düşünürəm ki, bu, müharibəni bitirməyin real yoludur”.

Bakunews.tv
Son xəbərlər