İdman
14
Dünən, 17:54

“Borussiya” "Sabah"la oyundan sonra “Qarabağ”ın stadionunda məşq etdi

Almaniyanın “Borussiya” (Dortmund) klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”la oyundan sonra “Qarabağ”ın stadionunda məşq edib.


Məşqdən sonra komanda Azərbaycandan ayrılaraq Dortmund şəhərinə qayıdıb.

Almaniya klubu bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib. Paylaşımda futbolçuların məşqindən görüntülər yayımlanıb və “Qarabağ”a təşəkkür bildirilib.

“Stadionunuzda məşq etməyimizə icazə verdiyiniz üçün “Qarabağ”a təşəkkür edirik!” – deyə qeyd olunub.

Qeyd edək ki, “Borussiya” dünən “Sabah”la keçirilən görüşdə 2:1 hesabı ilə qələbə qazanıb.

Bakunews.tv
Son xəbərlər