“SOCAR-AQŞ”nin 54 milyon manatlıq mənimsəmədə təqsirli bilinən keçmiş baş direktoru Ramin İsayevin ümumi dəyəri təxminən 100 milyon manata yaxın olan əmlakı müsadirə edilib. O, müsadirə olunan əmlakın həcminə görə bəlkə də XXI əsrin “rekord”una imza atan keçmiş məmurdur.“Qafqazinfo” özəl olaraq Ramin İsayevin müsadirə edilən əmlakının siyahısını əldə edib.
Qızıl və zinət əşyaları:
- 34 ədəd “Azərgold” markalı qızıl külçə;
- “Frey Wille” markalı boyunbağı, üzük və sırğa;
- “Van Cleef & Arpels” markalı qolbaq və sırğalardan ibarət dəst.
Pul vəsaitləri:
- 6 milyon 257 min ABŞ dolları;
- 352 min manat;
- Bank hesabında olan 133 min manat;
- 18 min 495 avro;
- 11 min 565 funt-sterlinq;
- 23 min 550 rubl, 11 min 600 Çexiya kronu, 1 345 BƏƏ dirhəmi, 40 qrivna, 500 Türkiyə lirəsi, 30 İsveçrə frankı.
Bakının 8 rayonunda yerləşən 19 mənzil və fərdi ev:
- Nəsimi rayonunda 5 mənzil;
- Binəqədi rayonunda 4 mənzil;
- Nərimanov rayonunda 4 mənzil;
- Suraxanı rayonunda 1 mənzil və 1 fərdi ev;
- Yasamal rayonunda 1 mənzil;
- Səbail rayonunda 1 mənzil;
- Xəzər rayonunun Buzovna qəsəbəsində 1 ev;
- Sabunçu rayonunun Nardaran qəsəbəsində, “Sea Breeze” kompleksində 1 mənzil.
Qeyri-yaşayış sahələri:
- Yasamal rayonunun Kamal Rəhimov küçəsində 4 böyük obyekt;
- Nəsimi rayonunda 1 obyekt;
- Səbail rayonunda 1 obyekt;
- Binəqədi rayonunda 1 obyekt.
Digər əmlak:
- Nəsimi rayonunda 2 qaraj;
- Binəqədi rayonunda, Səbail rayonunun Badamdar qəsəbəsində və Sabunçu rayonunun Bilgəh qəsəbəsində torpaq sahələri;
- “Audi E-Tron” markalı minik avtomobili.
Xüsusi müsadirə edilən əmlakın bir hissəsi vurulmuş 54 milyonluq ziyanın ödənilməsinə yönəldiləcək, qalan hissə dövlət nəfinə alınacaq. Tezliklə icra məmurları əmlakı satışa çıxaracaq.
Qeyd edək ki, Ramin İsayevin cinayət əməlləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aşkar edilib. Ona xüsusilə külli miqdarda mənimsəmə və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasına görə 14 il həbs cəzası verilib. Hökm artıq qanuni qüvvəyə minib.
Bakunews.tv