Dünya
126
Dünən, 18:39

Britaniya Səudiyyə Ərəbistanını qorumaq üçün müdafiə missiyası həyata keçirəcək

Böyük Britaniya Baş naziri Endi Börnem Hərbi Hava Qüvvələrindən Səudiyyə Ərəbistanını Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) hücumlarından qorumaq üçün müdafiə missiyası həyata keçirməyi istəyib.

Məlumata görə, Kral Hərbi Hava Qüvvələrinin “Typhoon” qırıcıları Səudiyyə Ərəbistanının şəhərlərinin və infrastrukturunun İranın dəstəklədiyi hərəkatın hava hücumlarından müdafiəsinə kömək edəcəklər.

Böyük Britaniya Səudiyyə Ərəbistanına bir ədəd A400M “Atlas” hərbi-nəqliyyat təyyarəsi və hərbi məsləhətçilər də təqdim edəcək.

Bakunews.tv
Son xəbərlər