Araşdırma
37
Dünən, 18:34

Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi - Məhkəmə qərarı

Müğənni Dəniz Əsədova həmkarı olan Afət Fərmanqızını xüsusi ittiham qaydasında məhkəməyə verib.
Bu barədə “Unikal”a müğənni Afət Fərmanqızı məlumat verib.

Müğənninin sözlərinə görə, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə şikayətə baxılıb.

Məhkəmənin qərarı ilə Dəniz Əsədovanın şikayəti icraata qəbul edilmədən rədd edilib.

Xatırladaq ki, bir müddət öncə Müğənni Afət Fərmanqızı da həmkarı Dəniz Əsədovanı xüsusi ittiham qaydasında məhkəməyə vermişdi və Binəqədi Rayon Məhkəməsində onun şikayət ərizəsi icraata götürülmüşdü.

Qeyd edək ki, Dəniz Əsədova Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətməkdə böhtan atma), 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdi.

Bakunews.tv
Son xəbərlər