Araşdırma
7
Bu gün, 13:38

İcra başçısını təhqir etdi, həbs olundu

Ağcabədi rayonu Şahsevən Təzəkənd kəndində insident 1 nəfərin inzibati qaydada həbs olunması ilə nəticələnib.
Səbəb 1992-ci il təvəllüdlü kənd sakininin ümumi istifadə üçün nəzərdə tutulan yolu bağlaması olub.

Həmin şəxs evinin ön hissəsindən kənd camaatının öz mal-qaralarını aparıb-gətirməsinin onun ailəsinin narahatlığına səbəb olduğunu bildirib və bu şikayətlə kənd icra nümayəndəliyinə müraciət edib, lakin onun xahişi nəzərə alınmayıb.

Bundan sonra 34 yaşlı gənc yolu bağlamaq qərarına gəlib. Bundan sonra onun qanunsuz hərəkəti ilə bağlı polisə müraciət olunub.

Xuliqanlıq əməli törədən şəxs spirtli içkinin təsiri altında kənd sakinlərini, eləcə də Ağcabədinin icra başçısı Rafil Hüseynovu təhqir edib. Polisin qanuni tələbinə məhəl qoymayan şəxs barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Ağcabədi Rayon Məhkəməsinin qərarna əsasən, o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.\\xitab24.az-a
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər