İqtisadiyyat
26
Bu gün, 13:11

Naxçıvana dotasiya 6 %-dən çox azaldılır

2027-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 198 milyon manatı və yaxud 0,5 %-i Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşəcək.
İndex.az bu barədə "2027-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6,4 % azdır.

Naxçıvana dotasiya ümumi dövlət xidməti xərclərinin 3,6 %-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

Bakunews.tv
Son xəbərlər