İtaliyanın “Milan” klubu avrokuboklarda antirekordunu təkrarlayıb.
A Seriyası təmsilçisi Avropa Liqasının əsas mərhələsinin III turunda İngiltərənin “Bornmut” klubuna 0:3 hesabı ilə uduzub.
“Milan” 27-ci dəqiqədən etibarən azlıqda mübarizə aparıb. Komandanın qapıçısı Mayk Menyan rəqib futbolçunun üzünə zərbə endirdiyinə görə qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu, “Milan”ın 2023-cü ilin oktyabrından bəri avrokuboklarda aldığı ilk böyükhesablı məğlubiyyətdir. Həmin vaxt “Milan” Çempionlar Liqasının qrup mərhələsində Fransanın PSJ klubuna eyni hesabla məğlub olub.
Bakunews.tv