Araşdırma
3
Bu gün, 21:00

Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı

Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kollecində korrupsiya faktları üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, söhbət külli miqdarda dövlət vəsaitinin mənimsənilməsindən gedir.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqla Kollecin sabiq rəhbərləri Fəxrəddin Zeynalov və İlqar Kubışov, habelə iki əməkdaşı Gülnar Bağırzadə və Məlahət Əsgərova cinayət məsuliyyətinə cəlb edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslər həbsdə deyil. Məhkəməyə qədər barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Dəymiş ziyan ödənilməsə, eks-vəzifəlilər 5 ildən 10 ilə qədər həbs edilə bilərlər.

Qeyd edək ki, Gəncə Dövlət Regional Kollecinin 2023-cü ilə kimi rəhbəri Fəxrəddin Həsənov olub. O, təqaüdə getdikdən sonra yerinə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Kubışov təyin edilib. Lakin Kubışov cəmi 1 il sonra vəzifəsindən azad olunub.



Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər