Araşdırma
2
Bu gün, 13:30

Naxçıvan Dövlət Universitetinin alimləri 440 milyon il əvvələ aid fosil qalıqları tapdıqlarını iddia ediblər.

Naxçıvan Dövlət Universitetinin alimləri 440 milyon il əvvələ aid fosil qalıqları tapdıqlarını iddia ediblər. Bu dövr Yer üzündə ilk dinozavrların meydana çıxmasından 200 milyon ildən də əvvələ təsadüf edir.
Maraqlıdır ki, NDU 440 milyon il yaşı olduğu bildirilən fosillərin konkret olaraq nəyə aid olduğunu açıqlamayıb. Rəsmi məlumatda nümunələrin hansı bitki və ya canlıya aid olduğu, onların yaşının hansı üsulla müəyyənləşdirildiyi barədə də məlumat verilmir.
NDU-nun məlumatına görə, fosillər universitetin Paleontoloji Tədqiqat Qrupunun Naxçıvanın müxtəlif ərazilərinə, xüsusilə Havuş kəndinə təşkil etdiyi ekspedisiyalar zamanı aşkar edilib.
Gündəlik Naxçıvan


Bakunews.tv
Son xəbərlər