Polşa və Rusiya arasında müharibə xəbərdarlığı edildi
Polşa müdafiə nazirinin müavini Stanislav Vzyontek ölkəsinin Rusiya ilə diplomatik münasibətləri kəsməsi halında müharibə təhlükəsi yaradacaq böhran vəziyyətinin ortaya çıxacağını bəyan edib.
“Diplomatik kanalların qorunması vacibdir”, - müdafiə nazirinin müavini deyib.
Stanislav Vzyontek əlavə edib ki, Rusiyanın səfirinin ölkədən çıxarılması iki ölkə arasında münasibətləri müharibə təhlükəsi yaradacaq qədər gərginləşdirə bilər.
O hesab edir ki, Polşa Rusiya ilə diplomatik münasibətləri kəsərsə, qarşı tərəfin də eyni addımı atacağını gözləməlidir.
Noyabrın 24-də Rusiyanın Varşavadakı səfiri Georgi Mixno Rusiyanın ölkənin hava məkanını pozması ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya səfirinə sərt nota təqdim edilib.
Bakunews.tv