SON DƏQİQƏ
Bakunews.tv » Araşdırma » “Meyvə şirəsi və enerji içkisi” yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı

“Meyvə şirəsi və enerji içkisi” yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı

13.11.2026 15:22 3
“Meyvə şirəsi və enerji içkisi” yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.

Xüsusi işarələnmiş qutular

“Şahtaxtı” gömrük postunda İran İslam Respublikasından Azərbaycan ərazisindən tranzit keçməklə Almaniya Federativ Respublikasına “meyvə şirəsi və enerji içkisi” yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb edilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli təsvirlər müşahidə edilib, eyni zamanda bəzi qutuların xarici görünüşlərinin digərlərindən fərqlənməsi üçün yandırılaraq işarələndiyi məlum olub.


Şübhəli maye


Kinoloji xidmət itinin təbiqi ilə davam etdirilən yoxlama zamanı 11 qutudakı 84 ədəd şəffaf plastik butulkada qırmızı rəngli, kəskin iyli maye olduğu müəyyənləşdirilib.


Butulkalarda daşınan metamfetamin


Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılan tədqiqat nəticəsində xüsusi üsullarla gömrük nəzarətindən gizlədilən həmin butulkalardakı maddənin maye halında xalis təmiz çəkisi 29 kiloqram 485.111 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin olduğu aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?