Bölgə / Olay
958
16-01-2023, 21:42

DYP əməkdaşı xidməti avtomobili ilə qəza törətdi - DİN-dən açıqlama - VİDEO

Xaçmazda avtomobil piyadanı vurub

Xaçmaz rayonunda avtomobil piyadanı vuraraq xəsarət yetirib.


"UluTv"nin yerli sakinlərdən əldə etdiyi məlumatına görə, hadisə Xudat-Nabran avtomobil yolununda qeydə alınıb.

Beləki, hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan Xaçmaz rayon sakini 1964-cü il təvəllüdlü Müslümov Əliməd Hacıməhəmməd oğlu Qusar rayonuna özəl xəstəxanaların birinə aparılıb.

Ərazidə yaşayan sakinlərin bildirdiklərinə görə, E.Müslümovu Xaçmaz YPX-nin əməkdaşı xidməti avtomobili ilə vurub.

bakunews.tv-ya DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov: "Xudat-Nabran avtomobil yolunda hərəkətin intensiv olduğu yerdə qəflətən yola çıxan piyada Ə.Müslümovu maşın vurub. Hadisəni törədən Xaçmaz DYPB-nin əməkdaşı dərhal piyadanı xəstəxanaya çatdırıb. Hazırda müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır"
Son xəbərlər