Bölgə
343
9-02-2023, 20:42

Qəbələdə ətraf mühiti çirkləndirənlər barəsində qanunamüvafiq tədbirlər görülüb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bakunews.tv-ya verilən məlumata görə, keçirilən nəzarət tədbirləri zamanı məişət tullantılarını urnalardan kənar ataraq ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub.

Onlarla profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib edilib.


bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər