Bölgə
174
19-08-2023, 00:31

Dövlət Yol Polisi Bölməsinin nəqliyat vasitələrindən şıxan qazların zərərili dərəcəsi ölçülüb - FOTO

Saatlı RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarının ölçülməsi və atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bakunews.tv-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobillərin sürücüləri ilə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrini saz vəziyyətdə saxlamalarının vacibliyi barədə tövsiyələr verilib.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

bakunews.tv




Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər