Zaqatalada körpələrə yaradılan ölüm poliqonu - FOTO-VIDEO
Zaqatalada bununla artıq ikinci haldır ki, ölüm təhlükəsi olan biləcək hallar tərəfimizdən aşkar edilmişdir. İlk dəfə Qorqud parkında böyük bir su anbarının qapağının açıq olması azyaşlıların bilmədən həmin ərazidə tələf ola bilmə halı idi. Bu gün isə söhbət açacağımız məsələ Akademik Zərifə Əliyeva adına Litseyin qarşısında Elektrik dirəklərinin dəyişdirilmə prossesində açıqda saxlanılan naqillərin gələcəkdə verə biləcəyi fəsadladır.
Bu gün gündəmə gələn bu məsələnin Zərifə Əliyevanın adını daşıyan litseyin qarşısında olması bizcə heçdə təsadüfən yaradılan problem deyildir. Gələcəyə hazırlanmış bir hadisələrin başlanğıcı ola biləcəyi ehtimalları sakinlər tərəfindən bildirilir. Lakin bunu səhlənkarlığı nəticəsində yaranmasında səbəbkar olan idarə və müəssisə rəhbərləri dövlə mühafizə orqanlarına çağrılmalı hesabatlar tələb edilməlidir. Həyatı bu şəxslər yalnız pul qazanmaq naminə işləyənlər pul qazana bilmədikləri işlərə görə kimlərinsə balasının ölümünə səbəb ola bilər kimi imtiyazlar tanınmayıb.
Hazırda məsələnin araşdırması ilə bağlı Zaqatala şəhərində lazımi qurumlarla görüşmək üçün əməkdaşlarımız ezam edilib. Rəhbərlik səviyyəsində məsələnin tam şəkildə araşdırması növbəti yazımızda olacaq.