Dünya
349
2-09-2022, 17:12

Bu ölkədə meymunçiçəyindən ilk ölüm halı qeydə alındı

Belçikada meymunçiçəyi xəstəliyindən ilk ölüm halı qeydə alınıb.


bakunews.tv trend-ə istinaden xəbər verir ki, bu barədə Belçikanın "Sciensano" İctimai Səhiyyə İnstitutunun həftəlik hesabatında deyilir.

"Bu günə qədər, meymunçiçəyi xəstəliyinə yoluxmuş bir ölüm halı qeydə alınıb. Ölən şəxsin başqa xəstəlikləri də olub", - deyə hesabatda bildirilir.

Qeyd edilir ki, hazırda ölkədə meymunçiçəyinə 706 yoluxma halı təsdiqlənib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər