Cəmiyyət
58
26-08-2026, 11:49

Naiq Məmmədhəsənovun qızının şirkəti bağlandı — Borcu qalır

Bakının Binəqədi rayonu, Mir Cəlal küçəsində qeydiyyatda olan "TOVUZ BRANDY GROUP OF COMPANİES" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandırıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, nizamnamə kapitalı cəmi 10 manat olan şirkətin vergi ödəyicisi kimi statusu artıq "passiv" olunub.

Qanuni təmsilçisi "Tovuz Baltiya" MMC-nin sahibi Naiq Məmmədhəsənovun qızı Günel Məmmədhəsənova olan müəssisənin dövlət büdcəsinə 4.940,99 AZN ödənilməmiş vergi borcu qalır.
Bakunews.tv
Son xəbərlər