Dünya
7
Bu gün, 11:46

İran da nüvə silahı əldə etmək istəyir - Özlərini Şimali Koreya ilə müqayisə etdilər

“İranın nüvə doktrinasının dəyişdirilməsi və bunun nəticəsində çəkindirmə imkanlarının gücləndirilməsi ölkənin siyasi sisteminin və ərazi bütövlüyünün təhlükə altına düşməsinin qarşısını ala bilər”.

“Əgər İran İslam Respublikasının nüvə silahı olsaydı, Ali rəhbər Əli Xamenei bu şəkildə hücuma və sui-qəsdə məruz qalmazdı”, - nəşr bildirib.

“Keyhan” qeyd edib ki, Hindistan və Pakistan arasındakı gərginlikdə nüvə silahı çəkindirici amillərdən biridir:

“Şimali Koreyada isə nüvə silahı faktiki olaraq çəkindirici vasitə rolunu oynayaraq, ABŞ-nin birbaşa hücumunun qarşısını alıb. Bu ölkənin rəhbərinə qarşı sui-qəsd cəhdi olacağı təqdirdə nüvə silahı ilə cavabın verilməsinin rəsmən təsdiqlənməsi düşmənin istənilən səhv addımına qarşı möhkəm təminat və çəkindirici səddir”.

Nəşr hesab edir ki, İran da bu amilləri nəzərə alaraq, nüvə doktrinasında dəyişikliyə getməlidir.

Bakunews.tv
Son xəbərlər