Cəmiyyət
185
23-11-2023, 10:30

Balakəndə məişət tullantılarını urnalardan kənara atanlar barəsində inzibati protokollar tərtib olunub

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik
tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundanverilən məlumata görə, keçirilən yoxlamalar zamanı məişət tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub. Onlarla izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər