SON DƏQİQƏ
Bakunews.tv » İdman » Ceyhun Sultanov klub prezidenti oldu

Ceyhun Sultanov klub prezidenti oldu

26.06.2026 15:17 141
Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov "Araz-Naxçıvan"ın prezidenti vəzifəsinə təyin edilib.
Bakunews.tv klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qərar İdarə Heyətinin iclasında qəbul olunub.

Toplantıda həmçinin, klubun yeni mövsümə hazırlığı, akademiya komandalarının yenidən formalaşdırılması, əsas komandanın transfer çalışmaları müzakirə olunub.

Qeyd edək ki, futbolçu karyerası ərzində "Fərid", "Neftçi", "Dinamo" (Bakı), "Bakı", "Xəzər-Lənkəran", "Kəpəz", "Sumqayıt", "Qəbələ", həmçinin İranın "Maşınsazi" klublarında çıxış edən C.Sultanov müxtəlif illərdə idarəçi kimi "Sumqayıt", "Neftçi" və "Keşlə" klublarında fəaliyyət göstərib.
Xəbəri necə qiymətləndirirsiniz?