Cəmiyyət
95
8-02-2024, 19:06

Məntiqə uyğun olmayan Nazim İbrahimovun ifadəsi ilə Genralın qondarma həbsi

44 günlük müharibənin təzə bitdiyi bir dövrdə Genral Rövşən Əkbərova qarşı ittiham qaldırılır. Həmdə 20 il öncə baş vermiş qətil işində təqsirkar bilinərək həbs edilir. Azərbaycan Respublikasının qanunlarına görə Milli Qəhraman həbs edilə bilməz bu işin ilk baxışı. Digər tərəfdən isə Müdafiə Nazirliyinin keçmiş Qərəgah rəisi Nəcməddin Sadıqovla Rövşən Əkəbərov arasında kəskin soyuq müharibənin getməsidə heç kimə sirr deyildi. Hətta dəfələrlə Rövşən Əkbərovun suiqəsdə qurban getməsi planlarının qurulduğu və Ulu Öndərin Heydər Əliyevin ayıq sayıqlığı nəticəsində məkirli planın baş turmaması ilə bağlıda məlumatlar əldə etdik. Sonralar İlham Əliyevin Prezidentliyi dövründə də Rövşən Əkbərovu Hərbi vəzifədən azad etmək istənildiyi hallarıda olub. Lakin Ali Baş Komandanın müdaxiləsi ilə onu tutduğu vəzifədən heç kim azad edə bilməyib. Artıq bu gün iki ilə yaxındır ki, Genral həbs həyyatı yaşayır. Və onun sağlamlığının milyon insanda bir görülən xəstəlikdən əziyyət çəkməsi onu sevənləri narahat edir. Müəmmalı həbs kimin və ya kimlərin sifarişi olub deyə suallar yaranıb. Bu sifarişin arxasında keçmiş qərargah rəisinin durduğuda deyilir. Lakin Məhkəmədə ifadə verən Nazim İbrahimovun çıxışı ümumiyyətlə gülünc doğurucu ifadədir ki bunuda hakimlərin əsaslı sayaraq Genralı həbs etməsi normal qarşılanmayıb.Şəxs ifadəsində Rövşən Əkbərovun Elçin Əliyevi öldürməsini guya ona etiraf etdiyin bildirib. Bir genralın ümumiyyətçə kiməsə etdiyi əməli gedib danışması absurt və həqiqəti əks etdirməyən sözlərdir. Beləki, Nazim İbrahimovu tanımayan və onunla yaxından uzaqdan əlaqəsi olamayan Rövşən Əkbərov durduq yerdə bu sözləri niyə deməli idi? Öldürdüyü erməni dığaları barədə heç kimin yanında danışmayan Genrala qarşı qurulmuş bu tamaşa kimə lazımdır?

bakunews.tv xəbər verir ki, Genralın müəmmalı həbsi bu gün belə tam təfərüatı ilə cəmiyyətə çatırılmayıb. Qaranlıq qalan məqamlar və işıq üzü görməyən məlumatların varlığı barədə söz söhbətlər gəzir. Genral Rövşən Əkbərovun kimin sifarişi əsasında həbs edildiyi dilə gətirilməsə də məqsəd gün kimi aydındır. Tanımadığı halda Genrala qarşı şahidçilik edən şəxs İşadamı kimi tanınan İbrahim Nehrəmlinin qardaşıdır.
Nazim İbrahimov Rövşən Əkbərovun ona Elçin Əliyevi öldürməsi ilə bağlı etiraf etdiyin deyir. Lakin etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə isə müstəntiqin iştirakı ilə keçirilən üzləşmə prossesində Nazim İbrahimov Genralın mülkü geyimdə olduğundan tanımayıb. Məhs genralın ona verdiyi sualları istintaqı aparan müstəntiqlərin verdiyin düşünüb. R.Əkbərov "Siz Rövşəni yaxından tanıyırsız?" sualına "mən heç onu görməmişəm deyə cavab verib". Bu tip çox suallara yer verə bilərik. Lakin bu cür ziddiyyətli olan cinayət işində ifadənin müstəntiq tərəfindən qeydə alınmaması Rövşən Əkbərovun sifarişlə həbs edildiyinə dəlalət edir. Maraqlısı isə Rövşən Əkbərovun həbsi kimlərə nə qazandırmasındadır deyə sirr pərdəsini aralamaq lazımdır....

Əkbərov Rövşən Telman oğlu (4 iyun 1965, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant.

Rövşən Əkbərov 4 iyun 1965-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir.
1972-ci ildə 42 nömrəli orta məktəbin birinci sinfinə getmiş, səkkizinci sinfə qədər burada təhsil almışdır. 1979-cu ildə C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuşdur. 1982-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur.
1986-cı ildə təyinatla Zaqafqaziya hərbi dairəsi komandanlığının sərəncamına göndərilir. 1987-ci ildə xidmət etdiyi ordunun tərkibində Əfqanıstana göndərilir.
1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə dönür. 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir. 1993–1995-ci illərdə hərbi hissədə bölük komandiri olmuşdur. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən Rövşən Əkbərov 1995-ci il mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak etmişdir. General-leytenant rütbəsinə qədər yüksələn Rövşən Əkbərov 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olmuşdur.
2002-ci ildən general-leytenantdır. 2011-ci ilin fevralında Ordu korpuslarından birinin komandiri təyin olunub.
2020-ci ildə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.
16 mart 2021-ci ildə həbs edilib.
Ailəlidir, dörd övladı var.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər