SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Namiq Abbasov vəfat etdi

Namiq Abbasov vəfat etdi

27.03.2024 22:35 148
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi.

bakunews.tv Trend-ə istinadən xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb. (Trend.az)
Xəbəri necə qiymətləndirirsiniz?