“Mançester Yunayted” baş məşqçisini istefaya göndərə bilər
İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi baş məşqçi Maykl Kerriki istefaya göndərməyi nəzərdən keçirir.
Nəşrin yazdığına görə, klub rəhbərliyi hələlik yekun qərar verməyib. Bununla belə, Kerrikin istefaya göndərilməsi ehtimalı getdikcə artır.
Baş məşqçi postuna əsas namizəd “Nyukasl”ın sabiq çalışdırıcısı Eddi Hau hesab olunur. Digər namizəd isə hazırda ABŞ millisinin baş məşqçisi olan Maurisio Poçettinodur.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasında keçirdiyi 10 oyundan cəmi 8 xal toplayaraq turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Komanda noyabrın 22-də səfərdə “Liverpul”la qarşılaşacaq.
45 yaşlı Kerrik 2025-ci ilin yanvarında “Mançester Yunayted”in baş məşqçisi təyin olunub. O, daha əvvəl “Midlsbro”nu çalışdırıb.
Futbolçu kimi “Mançester Yunayted”in heyətində beş dəfə İngiltərə çempionu olan Kerrik Çempionlar Liqası, Avropa Liqası və klublararası dünya çempionatının qalibi olub.
Klub bu ilin mayında onun müqaviləsini 2028-ci ilə qədər uzadıb.
Bakunews.tv