SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » Qazaxda avtomobil yandı - VİDEO

Qazaxda avtomobil yandı - VİDEO

10.11.2026 11:41 2
Qazax şəhərində avtomobildə yanğın olub.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus “QAZ-24” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.



Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?