"Ağır vəziyyətdə yaşayan beş uşağa yardım verilmir..." - ETİRAZ
Şərur rayonunun Düdəngə kəndində ailə başçısını itirmiş beş uşağın sosial yardımının dayandırıldığı bildirilir. Uşaqların bibisi Simuzər Vəliyeva deyir ki, qardaşı iki il əvvəl vəfat etdikdən sonra o, beş uşaq və onların anası ilə birlikdə yaşamağa başlayıb:
“Qardaşım iki il əvvəl vəfat edib. Ondan sonra beş uşağı və analarını tək qoya bilmədim, gəlib onlarla yaşamağa başladım. Ailə iki il sosial yardım aldı. Ancaq son iki aydır bu ödənişi dayandırıblar”.
Şikayətçi bildirir ki, ailənin yaşadığı ev uzun müddət yararsız vəziyyətdə olub. Onun sözlərinə görə, ev kənd sakinlərinin köməyi və götürdüyü kredit hesabına təmir edilib:
“Evin vəziyyəti çox ağır idi. Yağış yağanda su içəri dolurdu, uşaqlar suyun içində yaşayırdılar. Kənd camaatı kömək etdi, mən də 15 min manat kredit götürdüm. Bu pulla evi birtəhər təmir etdirdik”.
Simuzər Vəliyeva deyir ki, sosial yardım üçün yoxlamaya gələn əməkdaşlar ailənin real yaşayış vəziyyətini araşdırmayıblar:
“Gəlib evin vəziyyətinə, uşaqların necə yaşadığına baxmaq əvəzinə, həyətdəki balaca tikilidə toyuq saxlayıb-saxlamadığımızı soruşdular. Həmin tikilinin nə qapısı var, nə də pəncərəsi. Biz orada yalnız qışda odun saxlayırıq”.
O, sosial yardımın verilməsində ədalətsizlik olduğunu iddia edir:
“Evi, avtomobili və kifayət qədər imkanı olan bəzi adamlar sosial yardım alırlar. Amma atasını itirmiş, ağır vəziyyətdə yaşayan beş uşağa yardım verilmir. Bəzi şəxslər sosial müdafiə qurumlarının rəhbərliyi ilə yaxın münasibətlərindən istifadə edərək yardım ala bilirlər”.
Şikayətçinin sözlərinə görə, yardımın dayandırılmasına səbəb kimi onun uşaqlarla eyni evdə yaşaması göstərilib. O bildirir ki, icra başçısının qəbulunda ona başqa evdə yaşamaq təklif olunub:
“Mənə dedilər ki, get başqa evdə yaşa. Mənim isə kirayə ev tutmağa imkanım yoxdur. Bu uşaqları necə tək qoyum? Mən onlara baxmaq üçün buradayam”.
O deyir ki, 370 manat maaşla beş uşağın ehtiyaclarını qarşılamaq mümkün deyil:
“Mən 370 manat maaş alıram. Bu pulla beş uşağın yeməyini, geyimini və məktəb xərclərini necə ödəyim? Uşaqlara məktəbə getmək üçün gündə bir manat verməyə belə imkanım çatmır”.
Səmizər Vəliyeva ölkə rəhbərliyinə və aidiyyəti qurumlara müraciət edərək ailənin vəziyyətinin araşdırılmasını istəyir:
“Xahiş edirəm, gəlib bu ailənin necə yaşadığına baxsınlar. Uşaqların sosial yardımını bərpa etsinlər və ya onlara uşaq pulu versinlər. Bu uşaqlar dövlətdən kömək gözləyirlər”.
Səmizər Vəliyeva ölkə rəhbərliyinə və aidiyyəti qurumlara müraciət edərək ailənin vəziyyətinin araşdırılmasını istəyir...
"Gündəlik Naxçıvan"
Bakunews.tv