Cəmiyyət
162
3-06-2024, 15:04

Azərbaycanda məqsədli nikahla bağlı yeni qanun layihəsi hazırlanır

Məqsədli nikahla əlaqəli yeni layihə üzərində işlənilir.

Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya siyasəti və hüquqi təminat Baş İdarəsinin Hüquqi təminat idarəsinin rəisi Nizami Quliyev deyib.

O bildirib ki, bir neçə ölkənin təcrübəsinə baxılıb: “Artıq şəxs nikaha daxil olduğu halda onun məqsədinin nə olduğunu və nikahının dəqiqliyini yoxlaya biləcəyik. Çünki məqsədi ortaya çıxarmaq ağır prosesdir. Hazırda məqsədli nikahları yalnız müraciətlər əsasında müəyyən edə bilirik. Yeni hazırlanacaq layihədə bütün bu məsələlər nəzərdə tutulub".
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər