SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Azərbaycanda iki general ehtiyata buraxılıb

Azərbaycanda iki general ehtiyata buraxılıb

04.07.2024 15:48 187
Müdafiə Nazirliyinin iki generalı ehtiyata buraxılıb.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev və Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov öz istəyi ilə ehtiyata buraxılıblar.
Xəbəri necə qiymətləndirirsiniz?