SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Xankəndidə “Qarabağ” hoteli - Fotolar

Xankəndidə “Qarabağ” hoteli - Fotolar

06.07.2024 07:34 155
Xəbər verdiyimiz kimi, iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub.

bakunews.tv
-ın qafqazinfo-ya istinadən məlumatına görə, hotel ötən əsrin ortalarında istifadəyə verilib.

2023-cü ildə 24 saatlıq antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıb. Yenidənqurma işlərindən sonra bina ilkin görkəminə qaytarılıb.

Hotelin keçmiş adı da qaytarılıb və “Qarabağ” adı ilə fəaliyyət göstərəcək.















bakunews.tv


Xəbəri necə qiymətləndirirsiniz?