Cəmiyyət
99
30-08-2024, 20:47

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 12 yaşında!


"Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi 30 avqust 2012-ci ildə təsis edilib və həmin gündən etibarən birlik tərəfindən gənclərin davamlı inkişafını təmin etmək, onların maraq və hədəf çərçivəsini daha da genişlətmək, respublikanın ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştiraklarını təmin etmək üçün müəyyən addımlar atılıb.

1 il ərzində GMD tərəfindən 120-dən çox layihə keçirilərək gənclərin asudə vaxtları ən səmərəli və maarifləndirici formada dəyərləndirilib. Bu müddətdə şüarlarında olduğu kimi 14.000-dən çox gənc ilə birlikdə əylənib, öyrənib, inkişaf ediblər! 11.000-dən çox izləyici kütləsi olan birlik fəaliyyəti ilə gənclərin sevimlisinə çevrilib.

12 yaşları münasibəti ilə GMD kollektivini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər