Cəmiyyət / Bölgə
23
Bu gün, 19:28

Qaxda borc qalmaqalı: Vətəndaş pulunu niyə ala bilmir?

Qax rayonundan xüsusi muxbirimiz Firəngiz Musayeva bildirir ki, Qax rayonunda redaksiyamıza daxil olan məlumata görə, rayon sakini olan və adının açıqlanmasını istəməyən vətəndaş Bayramova Aygün Kərim qızından alacağı olan pulun geri qaytarılmadığını iddia edir.
Şikayətçinin sözlərinə görə, qarşı tərəf borcu ödəməkdən imtina edir və yaranmış vəziyyət onun üçün ciddi narahatlıq yaradıb.
Burada əsas sual ortaya çıxır: Əgər borc faktı mövcuddursa, vətəndaş öz pulunu hansı səbəbdən vaxtında geri ala bilmir? Borc münasibətləri tərəflərin qarşılıqlı məsuliyyəti və qanun çərçivəsində həll edilməlidir.
Tibbmedia.az olaraq qarşı tərəfin də mövqeyini dinləməyə və təqdim ediləcək sənədləri dərc etməyə hazırıq. Məsələnin hüquqi qiymətinin isə aidiyyəti qurumlar tərəfindən verilməsi vacibdir.

Firəngiz Musayeva
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər