Baku Electronics şirkəti 1994-cü ildə Türkiyədə yerləşən "NAB Holdinq" tərəfindən Azərbaycanda yaradılıb. İlk mağazanın fəaliyyətə başlamasından 1 il sonra 1995-ci ildə "Samsung Electronics"-in Azərbaycanda rəsmi distribütoru oldu. 2001-ci ildən etibarən "Groupe SEB" şirkətlər qrupunun "Tefal", "Moulinex", "Rowenta", "Krups" kimi şirkətlərini rəsmi distribütoru oldu. 2007-ci ildə isə "Lagostina"-nın rəsmi distribütoru oldu.
Bunu "NAB Holdinq"ın rəsmi veb-saytı olan "www.nab.com.tr"də yerləşdirilən məlumatlardan da görmək mümkündür. Saytda yer alan məlumatlardan belə başa düşülür ki, şirkətin fəaliyyəti tamamilə Azərbaycanla bağlıdır. Şübhəsiz ki, "NAB Holdinq"ın Azərbaycandakı əsas fəaliyyəti "Bank of Baku" ilə bağlıdır. 1994-cü ildən fəaliyyət göstərən "Bank of Baku"da "NAB Holdinq"in əsas ortaqları keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev olub. Fərhad və Rafiq Əliyev qardaşları 2005-ci ildə ağır ittihamlarla həbs olunsalarda "NAB Holdinq" öz fəaliyyətini davam etdirməyi bacarıb. Elə bu səbəbdən də "NAB Holdinq"in arxasında daha böyük güclərin dayandığı söylənilir.
Bu şirkətin fəaliyyət göstərdiyi mağaza şəbəkələrində media və sosial şəbəkələrdə yetərli qədər şikayətlərə rast gəlmək mümkündür. Lakin məsələnin mahiyyəti ondadır ki, Rza Zərrabın həbsindən sonra onun və qohumlarının adına olan şirkət və əmlaklarına həbs qoyulması ilə bağlı məlumatlar yayılmışdı. Hazırda Rza Zərrabla bağlı məlumatlar səngisədə onun əmlaklarının başına nə gəldiyi sual altındadır. Apardığımız qısa araşdırma nəticəsində məlum olur ki, EROMİ ailəsinə məxsus olan Rza Zərrab qohumları Zəraab soya adı ilə deyil Eromi soyadı ilə məşhur ailədir.
Əmlakı əlindən alınan 23 nəfərin arasında diqqət çəkən adlardan biri də Azərbaycanda uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olan Omid Eromidir.
Nədəndirsə bu qədər əmlaklar müsadirə edildi amma şəxslərin qurduğu imperyanın bir daşı belə tərpənmədi.

NAB Holdinqin Sahibi kimdir?
NAB Holdinqin əsasları 1988-ci ildə Eromi ailəsi tərəfindən qoyulub. NAB Xarici Ticarət Ltd. şirkəti İstanbulda yaradılmışdır. Şti, region ölkələri ilə xarici ticarət aparmaq üçün fəaliyyətə başlamışdır. Zamanla, ümumi xarici ticarət fəaliyyətləri ilə yanaşı, region ölkələrində bazar tələblərini ödəmək üçün şirkətlər biznes xətti əsasında birləşdi. Maliyyə və pərakəndə satış kimi müxtəlif sektorlarda da fəaliyyətə başlamışdır.
NAB Holdinqin İnkişaf Prosesi
2008-ci ildə NAB Qrup şirkətləri gələcəyə doğru daha möhkəm addımlar atmaq və korporativ strukturla böyüməyə davam etmək üçün NAB Holdinqin çətiri altında birləşdirildi. O vaxtdan bəri NAB Holdinq beynəlxalq törəmə və filiallarını İstanbuldakı baş ofisindən hər biri öz sahəsində mütəxəssis və təcrübəli peşəkar menecerlər vasitəsilə idarə edir.
NAB Holdinq İdarə Heyətinin Üzvləri
NAB Holdinqin idarə heyəti çox güclü və təcrübəli insanlardan ibarətdir. NAB Holdinqin idarə heyətinin üzvləri:
İbrahim Eromi: NAB Holdinqin fəxri prezidenti, 1937-ci il təvəllüdlü, Bakıda yaşayır. Təsisçilərin atası.
Behram Eromi: NAB Holdinq İdarə Heyətinin sədri, 1964-cü il təvəllüdlü, İstanbulda yaşayır. Ailəlidir və iki qız atasıdır.
Nadir Eromi: NAB Holdinq İdarə Heyətinin üzvü, 1960-cı il təvəllüdlü, İstanbulda yaşayır. Ailəlidir və iki oğul atasıdır.
Şəhram Eromi: NAB Holdinq İdarə Heyətinin üzvü, 1970-ci il təvəllüdlü, Bakıda yaşayır. Ailəlidir, bir qızı və bir oğlu var.
Bu məlumatlar
www.taskoprupostasi.com xəbər portalında Tarixi Oğurluqda diqqətəlayiq təfərrüatların araşdırma zamanı məlum olub.