Cəmiyyət
129
26-11-2024, 12:57

Sosial şəbəkələrdə cəmiyyətə açıq hörmətsizlik edən "SAKO" ləqəbli Sadiq İsmayılov HƏBS EDİLDİ

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Məlumata görə, tədbirlərlə 1994-cü il təvəllüdlü, “Sako” ləqəbli Sadiq İsmayılov saxlanılıb. Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.

Müvafiq qərarla S.İsmayılov 60 sutka inzibati qaydada həbs edilib.
Məsələ ilə bağlı yayılan məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
Son xəbərlər