Dünya
1
Bu gün, 18:12

Zelenski: Putin bundan qorxduğu üçün müharibəni dayandıra bilmir

“Vladimir Putin Ukraynaya qarşı müharibəni davam etdirir, çünki Rusiya cəmiyyətindən kifayət qədər təzyiq hiss etmir”.

“Amma o, bunu hiss edəcək, təzyiq artıq başlayıb”, - o əlavə edib.

Prezidentin sözlərinə görə, Kreml rəhbərinin müharibəni dayandırmamasının əsas səbəbi öz həyatı ilə bağlı qorxusudur:

“Putin dayana bilmir, çünki düşünür ki, əgər indi dayansalar, bu, qələbə kimi qəbul edilməyəcək. Hazırda baş verənlər onlar üçün qələbənin əksidir. Ona görə də indi dayanarsa, əsgərlərin evə qəzəbli qayıdacağından və ona qarşı çıxacağından qorxur. Onun artıq “Vaqnerçilər”lə bağlı belə bir təcrübəsi var. Amma o zaman söhbət 5 min nəfərdən gedirdi. Əgər bir milyon nəfər qayıtsa, onda səs-küy böyük olacaq”.

Zelenskinin fikrincə, Putin sülh istəməsə də, müharibəni elə dayandırmağın yolunu tapmalıdır ki, bu, Rusiya cəmiyyəti üçün “qələbə” kimi görünsün: “Putinə görə, minimum məqsəd Donetsk vilayətinin tam işğalıdır və o, bunu öz xalqına sırımağa çalışır”.

Ukrayna Prezidenti vurğulayıb ki, Rusiya daim bu məqsədin həyata keçirilməsi üçün son tarixləri dəyişdirir.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər