Cəmiyyət / Səhiyyə
595
2-01-2025, 13:13

"Diaqnoz" Tibb Mərkəzi MMC-nin həkimləri Məhkəmə qarşısında – Məhkəmə baxışının təxirə salınmasına kimlər nail olub?

Qorxmaz Hüseynovun qaynına məxsus olduğu iddia edilən "Diaqnoz" Tibb Mərkəzi MMC və iki tanınmış həkim qastroenteroloq-endoskopist vəzifəsində çalışan Rəfail Həsənov və cərrah vəzifəsində çalışan Tarxan Yusifov vətəndaş tərəfindən məhkəməyə verilib. Səbəb isə Səmədova Mərziyə Ağagül qızının Xətai rayon Məhkəməsinə ona dəymiş maddi və mənəvi ziyanla bağlı etdiyi şikayətdir. Belə ki, ilkin məhkəmə prosesi ötən ilin aprelində başlasa da nədənsə hakim Şəhriyar Əliyevin sədrlik etdiyi proses 2 dəfə dayandırılıb. Təbii ki, burada görünməz qüvvənin xidməti az olmayıb. Qorxmaz Hüseynovun qaynına məxsus olan klinikanın rəhbərliyi şikayətçi ilə danışıqlara getmək istəsələr də nəticə əldə olunmayıb. Məhkəmə prosesi yanvar ayının 6-na təyin edilib.


Onu da xatırladaq ki, bir müddət əvvəl mediada yayılan məlumatda "Diaqnoz Tibb Mərkəzi" MMC, xəstəxanada həkim qastroenteroloq-endoskopist vəzifəsində çalışan Həsənov Rəfail Həsən oğlu və tibb mərkəzində ümumi cərrah kimi fəaliyyət göstərən Kazımzadə Cümşüd Ramiz oğlu məhkəməyə verilib. Yayılan xəbərə görə, tibb mərkəzi və həkimlərlə bağlı Xətai Rayon Məhkəməsinə müraciəti Əliyev Bəhruz Şahmurad oğlu edib. Mahiyyəti mənəvi zərərin ödənilməsi üzrə mübahisə olan iş hakim Aynur Abdullayevanın icraatındadır. Əldə etdiyimiz məlumata görə, məsələ ictimailəşəndən sonra Bakı şəhər prokuroru Elşən Abbasov işi nəzarətə götürüb. Məhs elə bu səbəbdəndə nəhayət iş məhkəmə icratına götürülüb – deyə mənbədən bildirilir.


Qeyd: MMC dövlət qeydiyyatına 2002-ci ildə alınıb, nizamnamə kapitalı 20 AZN-dir, qanuni təmsilçisi isə Namiq Cidalı oğlu Cəbrayılovdur. N.Cəbrayılovun "Azərsu" ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun qaynı olduğu bildirilir. Mətbuatda yayılan bu fakt indiyədək təkzib olunmayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər