Cəmiyyət
2
Bu gün, 22:10

“Əcəmi Mal” Ticarət Mərkəzi qanunsuz necə artırıldı? - BU NƏDİ BELƏ?

Paytaxtın Nəsimi rayonunda “Əcəmi Mal” ticarət mərkəzinin qanunsuz tikinti başa çatdırılıb.
Nəsimi rayonu Hüseynbal Əliyev 24 ünvanında yerləşən “Əcəmi Mall” Ticarət Mərkəzinin 3-cü mərtəbəsi dəmir və taxta konstruksiya vasitəsilə artırlıb.
Qeyd edək ki, artırılan üçüncü mərtəbənin qanunvericiliyə uyğun müvafiq tikinti icazəsi olmayıb. Artırılma icazəsinin olmamasına baxmayaraq “Əcəmi Mall” ticarət mərkəzinin sahibi Ataş adlı şəxs aidiyyatı qurumlarla “anlaşaraq”, paytaxta tikintilərə nəzarət edən orqanların gözü qarşısında üçüncü mərtəbəni tikərək başa çatdırıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə “Əcəmi Mall”da üçüncü mərtəbənin qanunsuz artırılmasına nəzarəti Nəsimi Rayon İcra Hakimiyyətinin memarı kimi tanınan Ələsgər Rüstəmov şəxsən rəhbərlik edirmiş.
“Əcəmi Mal” Ticarət Mərkəzi qanunsuz necə artırıldı? - BU NƏDİ BELƏ?

Bildirək ki, Nəsimi rayonunda qanunsuz tikintilərin bir hissəsinin “icazə”sinin alınmasında vasitəçi rolunu memar kimi tanınan Ələsgər Rüstəmovun həyata keçirdiyi iddia edilir.
Xatırladaq ki, “Əcəmi Mall” Ticarət Mərkəzinin 2-ci mərtəbəsi də bu ilin əvvəlində qanunsuz olaraq artırılmışdı.
AzFakt.com
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər