Cəmiyyət
6
28-01-2026, 17:44

Aparıcının şikayəti ilə Rəqsanə İsmayılovanı hansı CƏZA GÖZLƏYİR?-6 ay həbs, ev dustaqlığının LƏĞVİ… Foto, Video

Xəbər verdiyimiz kimi, aparıcı Səidə Bəkirqızı ilə müğənni Rəqsanə İsmayılova arasındakı gərginlik məhkəmə müstəvisində davam edəcək.
Aparıcı TV Müsavata açıqlamasında onu təhqir etdiyi üçün müğənnidən məhkəməyə şikayət edəcəyini bildirib. Bu şikayət barəsində ev dustaqlığı hökmü qüvvədə olan müğənninin durumuna necə təsir göstərəcək? S.Bəkirqızı onun barəsində ən azı 6 aylıq həbs qətimkan tədbirinin seçilməsinə çalışacağını bildirib. Barışıq, üzrxahlıq və sair kimi variantları qəbul etməyən aparıcı atasını, övladlarını, habelə şəxsi həyatını təhqir etdiyi üçün R.İsmayılovaya heç bir güzəşt etməyəcəyini bildirib.

Bəs hüquq bu məsələdə nə deyir? Müğənnini hansı cəza gözləyir? Ev dustaqlığı ilə bağlı verilən qərar bu halda dəyişdirilə bilərmi? Müğənni yenidən dəmir barmaqlıqlar arxasına göndəriləcək?

Vəkil Ramil Süleymanov TV Müsavatın aparıcısı Sevinc Telmanqızının suallarına cavab verərək vəziyyətə aydınlıq gətirib.

Müsahibəni bu link vasitəsilə izləyə bilərsiz.




Bakunews.tv

Son xəbərlər